Avtobus və taksi sürücüləri hər gün tibbi yoxlanışdan KEÇMƏLİDİR – Bəs qərara əməl OLUNUR?

İctimai nəqliyyatda sürücülərin davranışı, sağlamlığı həmişə müzakirə mövzusudur.

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılması və sürücülərin tibbi müayinəsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Belə ki, daşıyıcı şirkətlər avtonəqliyyat vasitələrinin texniki durumunu reysqabağı yoxlamalı, sürücüləri isə tibbi müayinədən keçirməlidirlər.

Bu yoxlamanın məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

Reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir.

Bəs bu qaydaya hər gün riayət olunurmu? Digər rayonlarda və şəhərətrafı qəsəbələrdə bu necə yoxlanılır?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, daşıyıcı şirkətlər həm avtomobillərin, həm də onları idarə edənlərin yoxlanışını həyata keçirməlidirlər:

“Qanunvericiliyin tələblərinə əsasən, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir”.

“BakuBus” MMC-dən isə sorğumuza cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda əsas təhlükəsizlik şərtlərindən biri məhz sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsidir:

“BakuBus MMC-də sürücülərin tibbi müayinədən keçirilməsi ciddi nəzarət altında və müvafiq prasedurlara uyğun şəkildə həyata keçirilir. Sürücülərin reysqabagi tibbi müayinəsi Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları ilə tənzimlənir.

Qaydaların tələblərinə əsasən, reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir.

BakuBus-ın tabeliyində fəaliyyət göstərən depoların hər birində tibb məntəqəsi faəliyyət göstərir.

Məntəqələr ilkin tibbi yardım ləvəzimatları və müasir standartlara uyğun cihazlarla təmin olunub. İkinci növbə fəaliyyət göstərən sürücülər paytaxtın  müxtəlif ərazilərində mövcud olan BakuBus-a aid  39 tibb məntəqəsində yoxlanışdan keçir və onlar həkim rəyi əsasında nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılırlar. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar.

Bundan əlavə, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə BakuBus-ın bütün avtobusları tibbi yardım çantası ilə təchiz edilib. Hər bir sürücü bu tibbi çantadan düzgün istifadə etmək və hadisə zamanı sərnişinlərə ilkin tibbi yardım göstərmək üçün mütəmadi olaraq xüsusi təlimlərə cəlb olunur”.

O da bildirilib ki, sürücülər həm də işə qəbul olanda tibbi müayinədən keçirlər:

“Sürücülərin  Bakubus-da işə qəbul olunmazdan öncə  tibbi yoxlanışı Səhiyyə Nazirliyinin Kollegiyasının 13 dekabr 2012 ci il tarixli 46 nomrəli  “işçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin siyahisinin” nəzərdə tutulmuş  qaydalarına  uyğun olaraq aparılır. Tibbi yoxlanışdan praktiki sağlam olaraq dəyərləndirilən sürücülər BakuBus-da işə qəbul olunurlar. Bundan əlavə, hər bir sürücü ildə bir dəfə tam kompleks yoxlamadan keçir”.

Qurumdan qeyd edilib ki, qərara uyğun olaraq həm də avtobusların texniki vəziyyəti yoxlanılır:

“Xidmət keyfiyyəti BakuBus-ın  əsas fəaliyyət prioritetidir. Xidmət keyfiyyətinin əsas komponentləri  müasir qaraj ərazisində təmin edilir. Belə ki, avtobuslar marşrut xəttindən qayıdıb qaraja daxil olduqdan sonra daxili reqlamentə uyğun prosedurlardan qrafik üzrə keçirlər.

İlk növbədə mexaniklər tərəfindən avtobuslar sürücüdən texniki baxış əsasında təhvil alınır. Texniki baxış əsasında müəyyən edilmiş nasaz avtobuslar qarajın təmir mərkəzinə yönəldilir və orda professional ustalar tərəfindən təmir edildikdən sonra xəttə buraxılır.

Saz avtobuslar isə qaraj daxili digər prosedurlardan keçirlər. Bunlar, növbəti iş günü xəttə çıxmaq üçün yanacaq dolumu, avtobusların daxili və xarici təmizliyidir. Bu proseslərdən keçdikdən sonra avtobuslar onlar üçün ayrılmış yerlərə qaraj daxili sürücülər tərəfindən park edilir və səhər reysqabağı tibbi müayinədən keçən sürücülə mexaniklər tərəfindən təhvil verilir.

Bu proses hər gün istisnasız olaraq bütün avtobuslarımız üçün həyata keçirilir. Bundan əlavə, istehsalçı reqlamentlərinə uyğun olaraq avtobuslar dövrü olaraq texniki baxışdan keçirlər. Bütün bu proseslər ciddi nəzarət altında həyata keçirilir və müvafiq daxili sənədlərlə müşayiət edilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

End of content

No more pages to load

RADİO