Ağdamda doğuş zamanı körpə ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Ağdam Mərkəzi Rayon Xəstəxanasında baş verib.
Doğuş üçün əməliyyat otağına aparılan 2004-cü il təvəllüdlü Fatimə Məzahir qızı Yusifovanın anidən halı pisləşib. O, əməliyyat masasında kliniki ölüm keçirib.
Həkimlərin köməkliyi sayəsində ana F.Yusifovanın həyatını xilas etmək son anda mümkün olub, körpə isə ölüb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media