Epilepsiya xəstələrinə ƏLİLLİK təyin olunur? – Rəsmi AÇIQLAMA

Bəzi xəstəliklər birbaşa insanın əmək qabiliyyətinə mane olur. Bunlara qıcolmalar da aiddir. Ötən həftə Bakıda müzakirələrə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində həlak olan olmasa da, sürücü və sərnişin xəsarət alıb. Qəzanı törədən taksi sürücüsünün yaxınları mətbuata açıqlamalarında qəzaya sürücünün qıcolmasının səbəb olduğunu deyiblər.

Qıcolma nədir?

Xalq arasında “özündəngetmə”, “ürəkgetmə”, “tutma” kimi adlandırılan qıcolmalar beyin fəaliyyətinin kəskin pozulması nəticəsində nevroloji statusun dəyişməsinə, huşun itməsinə və əzələ-hərəkət gərginliyi ilə müşayiət olunan hallara deyilir. Qıcolmalar sinir sisteminin zədələnməsinin əlamətidir. Belə tutmalar bədənin ayrı-ayrı əzələ qruplarında və ya bütün əzələlərdə müşahidə olunur.

Qıcolmalara nə səbəb olur?

Müxtəlif səbəblərdən baş verə bilər. Bunlara epilepsiya, yüksək hərarət, qanda şəkərin miqdarının aşağı düşməsi, beyin şişləri, spirtli içki, kimyəvi və narkotik maddələrdən zəhərlənmə, baş-beyin travması, hətta infeksiyalar da aidir.

Bəzi qıcolmalar var ki, xronoloji hal alır. Bu da konkret xəstəliyin göstəricisidir.

Qıcolmaların keçici və xroniki hal aldığı hallar hansılardır?

Mövzu barədə Bizim.Media-ya danışan tibb sahəsi üzrə mütəxəssis, professor Adil Qeybulla deyib ki, qıcolmalar, əsasən, epilepsiya xəstəliyində mütəmadi olaraq rast gəlinir:

“Qıcolmalar müxtəli situasiyalarda baş verə bilər. Ümumiyyətlə, qıcolmalar beynin qıcıqlanması nəticəsində, beynin sıxılması zamanı baş verir. Epilpsiya xəstələrində olan qıcolmalar xroniki olaraq xəstəliyə, beyindəki ocaqlara bağlıdır. Düzdür, son zamanlar bu xəstəliyin müalicəsi istiqmətində cərrahi müdaxilənin də xeyli effekti var. Amma ümumilikdə hələki epilepsiya xəstələri problemli xəstələr olaraq qalırlar”.

O, uşaqlarda tutmaların hansı səbəbdən baş verdiyini də vurğulayıb:

“Bir də sututumu az olan orqanizmlərdə, xüsusilə, uşaqlarda yüksək hərarət fonunda qıcolmalar ola bilər. Bunlar epizodik qıcolmalardı, bu zaman lazımi tədbirlər görülür ki, qıcolmalar olmasın. Yəni uşağın temperaturunun 39-dan yuxarı qalxmamasına ciddi nəzarət olunmalıdır”.

Həkim beyin şişlərinə bağlı olan qıcolmalardan da bəhs edib:

“Bir də “epilepsiya tarda” yəni qısa epilepsiyalar var ki, bunlar şişlə beyin hüceyrəsinin qıcıqlanmasına bağlıdır. Beyində müxtəlif şişlər, inkişaf edən törəmələr olduqda onlar mütəmadi olaraq bu cür əsmələr, qıcolmalar, titrəmələr verə bilir. Adətən, beyindən bu törəmələr xaric edildikdən, müxtəlif üsullarla götürüldükdən sonra bu cür qıcolmalar da tədricən keçib gedir. Bunlar müvəqqəti xarakter daşıyır. Amma epileptik qıcolmalar xronkidir və xəstəliyə bağlıdır. Təəssüflər olsun ki, xəstələr həyatı boyu bundan əziyyət çəkirlər”.

Bəs hansı peşələr epilepsiya xəstələri üçün uyğun deyil?

Qıcolmaların nə zaman tutması bəlli olmadığı üçün bu cür xəstələrin də müəyyən işlərdə işləməsi tövsiyə olunmur. Epilepsiya xəstələri pilot, cərrah, üzgüçü, yüksəklikdə işləmək tələb olunan peşələrdə, sürücü, silahdan sitifadə olunan polis və əsgərlik kimi vəzifələrdə işləməməlidirlər. Ümumiyyətlə, bu cür xəstələrin işlədiyi kollektiv şəxsin xəstəliyi ilə bağlı məlumatlandırılmalıdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə epilepsiya evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına əlavə edilib.

Bəs bu xəstələrə hansı halda əlillik təyin olunur?

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, epilepsiya, dərman müalicəsi fonunda tutmalar və həyat fəaliyyətinin əsas kateqoriyalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika olduğu halda əlillik təyinatına əsas verən diaqnozdur.

Bildirilib ki, əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir:

“Epilepsiya diaqnozu olan şəxs əlillik təyinatı üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə (poliklinika və ya xəstəxana) müraciət etməlidir, burada şəxsin (laborator, diaqnostik, instrumental müayinələrinin nəticələri, stasionar və ambulator müalicə məlumatları, ixtisaslaşmış həkim rəyi və s) haqqında göndəriş (forma 88) tərtib olunub, rəsmiləşdirilərək Əlillik Altsisteminə ötürülür. Göndərişdə qeyd edilən məlumatlar, xüsusilə də, instrumental və diaqnostik müayinələrin nəticəsi epilepsiya diaqnozunu (tutmaların olmasını, xarakterini və tezliyini, həmçinin digər ağırlaşmaları) təsdiq edərsə, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşa əlillik təyin edilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

İmtahana gəlməyənlərin, xaric edilənlərin sayı AÇIQLANDI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

End of content

No more pages to load

RADİO