Ağsu rayonunda 27 yaşlı qadın dərmandan zəhərlənib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü Mustafalı Rəqsanə dərmandan zəhərlənmə diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media