Dəm qazı can aldı. Hadisə Qəbələ rayonunda baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 53 yaşlı Xatirə Hacıbalayeva yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənib.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunaraq qadın Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, Xatirə Hacıbalayevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu