Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb.
Qeyd edilən səbəblərdən mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Bizim.Media