Gəncədə 25 yaşlı gənc oğlan zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağbanlar qəsəbəsində baş verib.
2000-ci il təvəllüdlü Həbib İsmayılov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Ona lazımı tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. İlkin versiyaya görə, H. İsmayılov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu