Xəbər verdiyimiz kimi, Xaçmaz şəhərindəki Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin 7-ci sinif şagirdi Sevinc Bəhram qızı Musayeva itkin düşüb. O, dünən səhər saat 9-da kursa getmək adı ilə evdən çıxıb və geri dönməyib.
Bizim.Media xəbər verir ki, məktəbli Sevinc Musayeva polis əməkdaşları tərəfindən Gəncədə tapılıb.
Fakta görə araşdırma bàşlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu