Xaçmaz şəhərindəki Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin 7-ci sinif şagirdi Sevinc Bəhram qızı Musayeva itkin düşüb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Sevinc bu gün səhər saat 9-da kursa getmək adı ilə evdən çıxıb və geri dönməyib.
Məktəbli qızın harada olması məlum deyil.
Xaçmaz polis şöbəsinə Sevinc Musayevanın itkin düşməsi barədə məlumat verilib.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu