Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəb AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirilən iclasında keçmiş hərbi prokuror Xanlar Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

İclasda Xanlar Vəliyevin Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru kimi fəaliyyət göstərdiyi, ədliyyə general-leytenantı, hüquq elmləri üzrə fəlsəfə doktoru olduğu, “Əməkdar hüquqşünas” adına layiq görüldüyü, “Vətənə xidmətə görə” I və II dərəcəli ordenlərlə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildiyi diqqətə çatdırılıb.

Daha sonra Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Səsvermənin nəticəsi açıqlananda məlum olub ki, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasının əleyhinə cəmi 1 deputat səs verib.

Bizim.Media xəbər verir ki, Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat REAL Partiyasını partalamentdə təmsil edən Erkin Qədirli olub.

Bəs Erkin Qədirli niyə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını istəməyib?

Bunun səbəbini öyrənmək üçün deputat Erkin Qədirli ilə əlaqə saxlamaq mümkün olmayıb.

Əvəzində REAL Partiyasının sədri Natiq Cəfərli sualı cavablandırıb.

Onun sözlərinə görə, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ictimaiyyətdə birmənalı qarşılanmayıb:

“Çünki ən azından həmin şəxsin adı müxtəlif məsələlərdə neqativ fonda hallanmışdı. O şəxsin adı müxtəlif məsələlərə görə tez-tez mətbuatda neqativ fonda hallanır ki, cəmiyyətdə onun fəaliyyəti ilə bağlı ciddi sorğular olur. Buna görə də REAL-ı təmsil edən deputatın və partiyamızın ümumi fikri bu idi ki, belə bir şəxsin Konstitusiya Məhkəməsi kimi vacib, dövlətin təməllərindən birini təşkil edən bir qurumda təmsil olunması həmin orqana güvənin zəifləməsinə gətirib çıxara bilər. Çünki Konstitusiya Məhkəməsi bütün ölkələrdə ən ali, heç bir şübhə doğurmayan hüquqi instansiyadır. Yəni bizim hamımız üçün ölkəmizin konstitusion təməllərinin qorunmasının ən son dayağıdır”.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda müxtəlif üsullarla Konstitusiya Məhkəməsinə həm vətəndaşların, həm də bəlli dövlət və hökumət qurumlarının müraciət etmək hüququ var:

“Ona görə də biz düşündük ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bir şəxsin oraya təyinatı həmin qurumun özünün güvənirliyini müəyyən dərəcədə zədələyə bilər. Məhz buna görə də biz əleyhinə səs verdik. Bu qərar ona xidmət edir ki, biz ölkədə dövlət institutlarının güclənməsinə, vətəndaşların həmin institutlara güvəninin daha da artmasına çalışırıq. Bu bizim siyasi partiya olaraq mövqeyimizdir ki, dövlət institutları həmişə güvənilən olmalıdır”. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

End of content

No more pages to load

RADİO