Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır.
Bizim.Media xəbər verir ki, bu barədə AZTV süjet yayımlayıb.
Bildirilib ki, çirkab sularının su anbarına axıdılması üçün ərazidən boru xətti də çəkilib və bu yolla kanalizasiya suları su anbarının mühafizə xəttinə ötürülür.
Xatırladaq ki, bir müddət əvvəl də bu ərazidən kanalizasiya sularının Ceyranbatan su anbarına axıdılmasına dair məlumatlar və görüntülər yayılmışdı.
Bizim.Media