Azərbaycan Diplomatik Akademiyasının (ADA) məktəbinin şagirdi Tural Zeynallı vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “ADA School”un sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Dəyərli şagirdimiz Tural Zeynallının ailəsinə və dostlarına dərin hüzn hissi ilə başsağlığı verir, səbr diləyirik. Tural yalnız dərslərində yüksək nailiyyətlər qazanan, akademik uğurları ilə seçilən istedadlı bir şagird deyil, həm də mehriban, tərbiyəli və nümunəvi davranışı ilə hər kəsin qəlbində iz qoyan bir gənc idi. Turalın xatirəsi daim qəlbimizdə yaşayacaq”, - deyə məlumatda qeyd olunub.Allah rəhmət eləsin.

Bizim.Media