Gədəbəydə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Şınıx kəndində qeydə alınıb.
2003-cü il təvəllüdlü Yadigar Qarayev idarə etməni itirib və nəticədə avtomobil aşıb.
Hadisə nəticəsində Y. Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu