Hərbi xidmətdən ezamiyyətə gələn gizir sərxoş tanışını DÖYƏRƏK ÖLDÜRDÜ

Abşeron rayonunda 40 yaşlı dostunu qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Sərxan Əliyevin məhkəməsi başa çatıb.

Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsində ədliyyə kiçik giziri hərbi rütbəsində xidmət etdiyi müddətdə, 12 sentyabr 2022-ci ildən etibarən Penitensiar Xidmətin Bakı şəhəri ərazisində yerləşən mühafizə alayında ezamiyyətdə olub.

O, iş vaxtından sonra, 26 aprel 2024-cü ildə, gecə saat 23 radələrində yaşadığı Abşeron rayonunun Məmmədli kəndində, Hüseyn Rəhmanov küçəsində yerləşən "Xəngəlabad" kafesində tanışı Zaur Seyfullayev ilə birlikdə spirtli içki qəbul edib.

Daha sonra Sərxan Zaurun onun ünvanına nalayiq ifadələr deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zaurun üzünə bir yumruq zərbəsi vurub. Orada olan şəxslər onları ayıraraq mübahisənin davam etməməsi üçün Zaur Seyfullayevi kafedən çölə çıxararaq yaşadığı evə yola salıblar.

Bir qədər sonra, yəni aprelin 27-də, gecə saat 01:10-da Sərxan digər tanışı ilə birgə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsi ilə evlərinə gedərkən Zaurla rastlaşıb. Bu zaman onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Zaur Sərxana ünvanlanmış şəkildə "mənə nəyi yedizdirəcəksən" deyə soruşub, onun ünvanına nalayiq ifadələr işlədərək sağ əli ilə ona yumruq vurmaq istəyib.

Lakin Sərxan zərbədən yayınaraq geriyə doğru çəkilib və bu səbəbdən Zaur Seyfullayev müvazinətini itirərək yerə yıxılıb.

Daha sonra Sərxan yerdə olan Zaur Seyfullayevin başına yumruq vurmağa başlayıb. Zaur sərxoş olduğu üçün Sərxana fiziki müqavimət göstərmək iqtidarında olmayıb.

Buna baxmayaraq o, Sərxanın və ailə üzvlərinin ünvanına durmadan ağır söyüşlər söyməyə davam edib. Beləliklə onlar bir-birilərinə qarşı zor tətbiq edərək dava etməyə başlayıblar.

Təxminən 30-35 dəqiqə ərzində müxtəlif vaxt aralıqları ilə dava etdikləri zaman Sərxan Zaur Seyfullayevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub.

Bütün bunlara baxmayaraq, Zaur Seyfullayev yenə də Sərxana qarşı söyüşlər söyməyə davam edib. Sərxan isə bundan daha da qəzəblənib və Zaur Seyfullayevə çoxsaylı bədən xəsarətləri yetirməsindən kifayətlənməyib. Onun sərxoş halda yerdə uzanmış vəziyyətdə olmaqla fiziki olaraq müqavimət göstərmək imkanını qismən itirməsindən istifadə edərək onu boğmaqla öldürmək qərarına gəlib. Sərxan öz cinayətkar hərəkətlərini davam etdirməklə köməksiz vəziyyətdə olan Zaurun boğazından hər iki əli ilə sıxıb, onun nəfəs ala bilməməsi üçün bir neçə dəqiqə həmin vəziyyətdə saxlamaqla boğub. Bunun nəticəsində Zaur ölüb.

İstintaq orqanı tərəfindən Sərxan Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sərxan Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti veriblər. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların verdiyi şikayət təmin olunmayıb, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

End of content

No more pages to load

RADİO