Zaqatalanın Dardoqqaz kəndində Vətən Müharibəsi şəhidi, mayor Abakar Məhəmməd oğlu Hacıyevin 46 yaşı məzarı başında keçirilib.
Bizim.Media xəbər verir ki, ailə üzvləri, doğmaları, kənd sakinləri, rəsmi qurumların nümayəndələri 24 il Azərbaycan Ordusunda nümunəvi xidmət etmiş Abakar Hacıyevi hörmətlə anıblar.
Hərbi hissələrin birində komandir müavini işləmiş Abakar Hacıyevin döyüş uğurlarından ətraflı sözbət açılıb, ruhuna dualar oxunub.






Aytəkin Alxaslı, Bizim.Media