Taksi sürücüsünün törətdiyi qəza ilə bağlı “Bolt”dan daha bir AÇIQLAMA

Dünən Bakıda baş verən ağır yol qəzası çox sayda suallara yol açdı.

Sürücü Anar Nəcəfovun sükan arxasında qıcolması, Bolt” şirkətinin olunla müqaviləni iki gün öncə bitirməsi, avtomobilin başqasının adına olması, sürücünün ayağına qolbaq taxılması və s kimi çeşidli fikirlər müazakirələr yaratdı.

Sürücü xəstəliyi olduğu halda buraxılış vərəqəsini necə alıb? Şirkət onunla müqaviləsini niyə iki gün öncə ləğv edib, bunun səbəbi nə idi, avtomobil doğrudanmı başqasının adına olub və s.

Bizim.Media bu sualların bir çoxuna cavab almaq üçün “Bolt” şirkəti ilə əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücüsünün gəlini qəzanın əsl səbəbini AÇIQLADI - VİDEO


Şirkətdən bildirilib ki, “Bolt” tətbiqindən xidmət göstərmək üçün sürücü tərəfdaşlar tətbiq vasitəsilə qeydiyyatdan keçir:

“Qeydiyyat zamanı sürücüdən dövlət tərəfindən təyin olunan tələblərə əsasən sənədlərin yüklənməsi tələb olunur. Sənədlərin yoxlanılıb, təsdiqindən sonra sürücü hesabı açılır və həmin şəxs fəaliyyətə başlayır.

Bu proses sahibkarlar tərəfindən qurulan və işlədilən avtoparklarda fəaliyyət göstərən sürücülərin qeydiyyatı üçün də eynidir. 10 aprel tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı saat 12:59-da sürücü tərəfindən sifariş qəbul olunub və saat 13:11-də sərnişin göstərilən ünvandan götürülüb.

Qeyd edək ki, qeydiyyatdan keçmiş sürücü 10 aprel tarixində, qəza baş verməzdən əvvəl saat 10:18-də şəxsiyyətin yoxlanılması və təsdiqlənməsi mərhələsindən keçib. Qəza törətmiş avtomobilin buraxılış kartı 23 yanvar 2025 tarixində yoxlanılıb. Həmin avtomobil tərəfindən ilk sifariş isə 23 yanvar tarixində icra olunub”.

Şirkətdən o da bildirilib ki, aparılan araşdırma nəticəsində qəzanı törədən avtomobilin buraxılış kartı 8 aprel tarixində müvafiq dövlət qurumu tərəfindən ləğv edildiyi müəyyən edilib:
 

“Adətən bu kimi hallarda avtomobilin “Bolt” platformasında fəaliyyətinin dayandırılması bloklanma prosesi əsasında qısa müddət ərzində həyata keçirilir. “Bolt” şirkəti buraxılış kartlarının səhihliyinə və mövcudluğunu müvafiq dövlət qurumunun məlumatları əsasında mütəmadi yoxlayır və buraxılış kartı olmayan avtomobillərin fəaliyyətini ən qısa müddətdə (1 gün ərzində) bloklayır.


Lakin 10 aprel tarixində taksi parkı tərəfindən bu nəqliyyat vasitəsi və müvafiq icazələri, o cümlədən sertifikatı olmayan sürücü daşımalara cəlb edilib. Bu cür hallar yolverilməzdir və qanunvericiliyin pozulması kimi qiymətləndirilir. “Bolt” üçün əsas prioritet sərnişin və sürücünün təhlükəsizliyidir. Artıq 2023-cü ildən “Bolt” tərəfindən sürücünün uyğunluğu funksiyası (Driver verification) işə salınıb və 2024-cü ilin sonundan avtomobilin eyniliyinin yoxlanılması və təsdiqi funksiyası (car verification) icra edilir. Hər iki funksiya avtomobil və sürücünün uyğunluğunu yoxlayaraq, qaydalara davamlı riayət olunmasına dəstək olur.

Sürücünün kimliyinin mütəmadi yoxlanılması və təsdiqi funksiyası, “Bolt” tətbiqinə təhlükəsizliyi artırmaq üçün əlavə olunub.

Bu funksiya, sürücü saxtakarlığının qarşısını almağa və ümumi təhlükəsizliyi gücləndirməyə yönəlib. Qeydiyyat zamanı sürücüdən selfi çəkməsi tələb olunur və təsdiqlənmədiyi halda tətbiqdən istifadə mümkün olmur. Selfi əvvəlcə süni intellekt tərəfindən yoxlanır, əgər təsdiqlənməzsə, canlı operator tərəfindən qiymətləndirilir.

Hazırda istintaq davam edir və aidiyyəti qurumların müraciəti əsasında tələb olunan məlumat və dəstək “Bolt” tərəfindən təqdim olunur”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

End of content

No more pages to load

RADİO