Sayı artan ana ölümlərinin əsl səbəbləri AÇIQLANDI

Azərbaycanda doğuş zamanı ana və uşaq ölümlərinin sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə hamiləlik, doğuş və zahılıq dövründə 18 qadın vəfat edib. Ölüm hallarının 6-sı şəhər, 12-si isə kənd yerlərində baş verib.

2023-cü ildə isə doğuş və zahılıq dövründə ölən anaların sayı 33 nəfər olub. Bu rəqəm son 13 ilin ən yüksək pilləsinə çatıb.

2024 və 2025-ci ilin statistikası açıqlanmasa da, mətbuatda bu ilin ilk aylarında da ana və uşaq ölümləri ilə bağlı dəfələrlə xəbərlərə rast gəlinib.

Bəs ana ölümlərinin əsas səbəbləri nələrdir?

Mövzu barədə Bizim.Media-ya danışan ginekoloq Natəvan Axundova deyib ki, bu səbəblər arasında doğuşdan sonrakı qanaxmalar xüsusi yer tutur:
 

“Ana ölümü strukturunda bir çox faktorlar ananın ölümünə səbəb ola bilər. Bu səbəblər içərisində qanaxmalar əsas yer tutur. Ən çox rast gəlinən səbəb isə uşaqlığın hipotoniyası, yəni tonusunun düşməsidir.


Bu, iri döllə doğuşlarda, çoxdöllülükdə, təkrar doğuş keçirən qadınlarda, uşaqlığın iltihabi proseslərini, yəni əvvəllər endometrit keçirən, çox abort olunan xəstələrdə daha çox rast gəlinə bilər. Doğuşdan sonra müxtəlif tədbirlərlə qanaxmanı azaltmaq olsa da, bəzən bunun öhdəsindən gəlmək mümkün olmur, bəzən həkim uşaqlığı götürməli olur. Atonik qanaxmalar daha təhlükəlidir, cərrahi müdaxilə tələb edən massiv qanaxmalara keçə bilər”.

Mütəxəssis bildirib ki, travmalar doğuş yollarının zədələnməsi ilə müşahidə edilən qanaxmalar yarada bilər:

“Bu zorakı və ya özbaşına baş verə bilər. Bəzən əsaslandırılmamış stimulyasiyalar sürətli doğuşlara səbəb olur.

Başqa faktorlar, məsələn, cinsiyyət orqanlarının keçirmiş iltihabi xəstəlikləri travmalara yol aça bilər. Amma çox hallarda dölün ölçülərinin doğuş yollarına uyğun gəlməməsi, başın yaxşı konfiqurasiya etməməsi doğuş travmalarına səbəb olur. Çox nadir hallarda uşaqlığın cırılması da baş verə bilər”.

O qeyd edib ki, zahılıq dövründə qanamalar toxuma qalıqları, yəni ciftin hissələrinin qalması səbəbindən də baş verə bilər:
 

“Əgər doğuşun üçüncü dövründə ciftin tamlığına şübhə olarsa, həkim mütləq şəkildə uşaqlıq boşluğuna baxmalıdır. Qanın laxtalanma sistemində baş verən problemlə əlaqədar da koaulopatik qanaxmalar müşahidə oluna bilər. Bu patalogiyaya az rast gəlinir, amma diqqəti cəlb edir. Bu hansısa faktorun çatışmazlığı, trombositlərin problemləri ilə əlaqədar olaraq yarana bilir.


Biz belə yüksək risk qrupuna aid olan pasiyentləri qabaqcadan aşkar edib, doğuşundan əvvəl planlı şəkildə ixtisas həkiminə göstərir, lazım gəldikdə doğuşda və zahılıq dövründə faktorun özünü ixtisas həkimin nəızaərti altında köçürürük. Əgər uyğun müalicə aparılmasa pasiyenti itirmək mümkündür.

Natəvan Axundova ana ölümlərinə bəzi patologiyaların da səbəb olduğunu vurğulayıb:

“Ana ölümləri strukturunda hamiləliyin ikinci yarısının toksikozları hesab edilən xüsusi patologiyalar var. Bunlara aid olan preeklampsiya, HEELP sindromu ana ölümünə səbəb ola bilər. Sonuncu qaraciyər funksiyasının pozulması, qanda hemoqlobinin düşməsi ilə müşahidə olunan çox ağır bir patologiyadır. Adətən hamiləliyin 2-ci yarısında müşahidə olunur.
 

Bundan başqa, ürək damar sistemi, ağciyər, böyrək xəstəlikləri fonunda da ana ölümləri mümkündür. Bunun üçün də xəstəliyin vaxtında aşkar edilməsi, ixtisas həkimlərinə yönləndirilməsi, hamiləliyin davam etdirib-etdirilməməsi məsələsi vaxtında həll olunmalıdır.


Bu, çox ciddi problemdir, bəzən həkimin gözündən qaçır, hamilə qadın digər xəstəliyi nəzərə almadan hamiləliyi davam etdirməyə qərar verir. Hamiləlik bir təhrikdir. Əgər qadının hansısa xəstəliyə meyilliyi varsa, hamiləlik bunları üzə çıxara bilir. Belə pasiyentlərin vaxtında aşkar edilməsi ana ölümlərinin sayını əhəmiyyətli dərəcədə azalda bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

End of content

No more pages to load

RADİO