İki kitab, iki ərməğan – FOTO

Son illərdə Azərbaycan Yazıçılar Birliyi və Türkiyənin nüfuzlu təşkilatı olan Türk Ədəbiyyatı Vaqfı arasındakı qarşılıqlı ədəbi əməkdaşlıq layihəsi çərçivəsində bir sıra yeni kitablar işıq üzü görüb. Layihənin əsas məqsədi Türk ədəbiyyatının ən layiqli nümunələrini Azərbaycan oxucusuna, eləcə də Azərbaycan ədəbiyyatının görünməyən tərəflərini türk oxucusuna tanıtmaqdır.

Bu yaxınlarda əməkdaşlıq layihəsinin tərkib hissəsi kimi daha iki kitab çapdan çıxıb.

İstanbulda görkəmli Azərbaycan dramaturqu, böyük teatr xadimi, mütəfəkkir Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə “Cəfər Cabbarlı. Seçilmiş pyesləri” kitabı türk dilinə uyğunlaşdırılaraq  türkiyəli oxuculara təqdim edilib.
 

Eləcə də Bakıda tanınmış türk ədəbiyyatı tarixçisi, alim, Azərbaycan sevdalısı Əhməd Kabaklının anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan ədəbi irsi” kitabı oxucuların ixtiyarına verilib.


Türk Ədəbiyyatı Vəqfinin “Turay” Kitab Nəşriyyatında çapdan çıxan “Cəfər Cabbarlı. Seçilmiş pyesləri” kitabına dramaturqun “Aydın”, “Vəfalı Səriyyə”, “Oktay Eloğlu” və “Ədirnənin fəthi” kimi yüksək ədəbi meyarlara malik olan əsərləri daxil olunub. Kitabın tərcüməçisi türkiyəli yazar Atabəy Barışdır.

Məlumdur ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə misilsiz töhvələr vermiş, Azərbaycan teatrının inkişafında mühüm rol oynamış ən parlaq imzalardan biridir. 

Onun ictimai ədalətsizliyi, nadanlığı, cəhaləti qamçılayan, milli şüurun oyanmasında, xalqın maariflənməsi və qadın azadlığı uğrundakı mübarizədə böyük rolu olan əsərləri təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası ədəbiyyatı üçün ən qiymətli örnəklərdir.

Yaşadığı dövrün sosial-ictimai mühitinə realistcəsinə işıq tutan dramaturqun dolğun və məzmunlu əsərləri türk oxucuna kifayət qədər tanış deyildi və bu kitab həm ortaq mədəniyyətimizin, keçmişimizin tanıdılması, həm də Cəfər Cabbarlı dühasının təbliği baxımından çox əhəmiyyətlidir. 

Azərbaycan ədəbiyyatının görkəmli öncülü, Xalq yazıçısı Anar kitaba yazdığı “Azad bir quşdum” adlı ön sözündə Cəfər Cabbarlı şəxsiyyətinə və yaradıcılığına üz tutaraq onun yaradıcılıq taleyinin oxuculara məlum olmayan tərəflərini özünəməxsus yazı üslubu ilə qələmə alıb və dramaturq haqqında öz təəssürat və düşüncəsini bölüşüb: 

“Cəfər Cabbarlı daxilən azad insan olaraq doğulmuşdu - azad quş olmuşdu. Öz yuvasından - müstəqil Azərbaycanın mənəvi mühitindən uçaraq, yad yerə - "sovet bağı"na düşmüşdü. Ovçunun - rejimin gülləsinə tuş gəlir, torpağa düşür, həbs olunur. Ancaq bu sadə mahnının bədbin sonluğuna rəğmən Cəfər Cabbarlı torpağa düşsə də, nəfəsi kəsilmədi. Antey gücünü torpaqdan aldığı kimi, o ayağa qalxdı, durdu və olduqca sərt şərtlər hüdudunda özünün qeyri-adi istedadının qüdrətiylə demək istədiyinin çoxunu deyə bildi”.
 

Böyük türk ədəbiyyatşünası, alim Əhməd Kabaklının əsərlərinin seçmələrindən ibarət “Azərbaycan ədəbi irsi” kitabı isə Azərbaycan Yazıçılar Birliyi “Qobustan” dərgisinin əlavəsi kimi “Qanun” nəşriyyatında işıq üzü görüb. Kitabı dilimizə Filologiya elmləri doktoru Eşqanə Babayeva çevirib.


“Azərbaycan ədəbi irsi” kitabına alimin müxtəlif vaxtlarda qələmə aldığı Azərbaycan ədəbiyyatı haqqındakı araşdırma yazıları yer alıb. Kitaba daxil olan hər bir əsər Əhməd Kabaklının Azərbaycan xalqına, ədəbiyyatına olan sevgisindən və onun ədəbiyyatımız, tariximiz haqqındakı geniş bilgisindən xəbər verir. Kitaba ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Əhməd Kabaklı və Azərbaycan ədəbiyyatı” məqaləsində türk ədəbiyyatında böyük xidmətləri olan Əhməd Kabaklının yaradıcılıq və  fəaliyyətindən geniş söz açır.

İsa Həbibbəyli, Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyindəki Azərbaycan ədəbiyyatına həsr etdiyi  araşdırmalara toxunuraq göstərir ki, Əhməd Kabaklı XX əsrə qədərki Azərbaycan ədəbiyyatının mükəmməl bir elmi salnaməsini yaratmışdır:

“Türkiyədə müxtəlif dərsliklərdə, tədqiqat əsərlərində və antologiyalarda Azərbaycan ədəbiyyatının ayrı -ayrı inkişaf mərhələlərindən və ya bir çox görkəmli yazıçı və şairlərdən bəhs edilsə də, ilk dəfə olaraq professor Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyində Azərbaycan ədəbiyyatının bu gün əsas dövrləri və həmin dövrləri təmsil edən sənətkarları Əhməd Kabaklı tərəfindən ardıcıl  və sistemli olaraq söz açılmışdır. Buna görə də onun tədqiqatları Azərbaycan ədəbiyyatı haqqında əsasən tam və ümumiləşdirilmiş elmi təsəvvür yarada bilir”.

“Azərbaycan ədəbi irsi” kitabındakı “Dədə Qorqud” məqaləsində Əhməd Kabaklı bu qədim türk dastanının yaranmasından, onun bədii xüsusiyyətlərindən söz açır. 90-cı illərdə Bakıya gələn Əhməd Kabaklı burada “Dədə Qorqud” (ssenari müəllifi: Anar, rej: Tofiq Tağızadə) filmini izlədiyini və təsirləndiyini qələmə alır və tarixə, qədim türk mədənyyətinə olan diqqətə görə filmin yaradıcı heyətinə təşəkkürünü bildirir.
 

Nəsimi, Füzuli, Əhməd Cavad, M. Ə. Sabir, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Şəhriyar, Səhənd və s haqqında qələmə aldığı araşdırmalarında Əhməd Kabaklı bu qələm adamlarının yaradıcılığını fərqli fəlsəfi-düşüncə  tərzində araşdırır və özünün o taylı-bu taylı Azərbaycan ədəbiyyatına olan marağını, sevgisini bir daha sərgiləyir.


Şübhəsiz ki, Azərbaycan ədəbiyyatının, tarixinin türk dünyasında tanıdılmasında “Azərbaycan ədəbi irsi” kitabının əhəmiyyəti böyükdür və kitabdan elmi işçilər, ədəbiyyat mütəxəssisləri, tələbələr faydalana biləcəklər. Eyni zamanda  bu kitab Azərbaycan ədəbiyyatının tədqiqi yolunda böyük alimin çəkdiyi zəhmət və  yorulmaz fəaliyyətinə görə, ona Azərbaycan xalqının bir ehtiram və təşəkkürüdür.

Qeyd edək ki, kitabın həm Türkiyədə, həm də Azərbaycanda oxucular qarşısında geniş təqdimatı nəzərdə tutulub.

Yaxın gələcəkdə isə Türk Ədəbiyyatı Vəkfi ilə Azərbaycan Yazıçılar Birliyinin arasındakı ədəbi sazişin nəticəsi olaraq bir çox yeni, dəyərli kitablar oxuculara ərməğan ediləcək.


Narıngül Nadir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

End of content

No more pages to load

RADİO