Tovuzda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, Tovuz Rayon Mərkəzi Xəstəxanasında 5 məktəblinin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, Tovuz rayonunun Düz Cırdaxan kənd məktəbində şagirlər pelet sobasının tüstüsü nəticəsində zəhərləniblər.
Məqsəd Rəhimov, Bizim.Media