Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində insan sümüklərinə bənzər qalıqlar aşkar olunub.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, sümük qalıqları sözügedən kəndin ərazisində qazıntı işləri aparılırakən aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu