Xəbər verdiyimiz kimi, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Əldə etdiyimiz məlumata görə, “Bakmil” stansiyasından Heydər Əliyev prospektinə doğru gələn avtomobilin sürücüsü idarəetməni itib. Nəticədə “BYD” markalı avtomobil kənar yoldan çıxaraq maneəni dağıdıb və tunel istiqamətinə aşıb. Nəticədə avtomobil hərəkətdə olan “Ford” markalı digər maşının üzərinə düşüb və bir neçə avtomobilə ziyan vurub.
Hadisə yerindən görünütləri təqdim edirik:







Bizim.Media