Azərbaycanda cütlük insanların “WhatsApp” yazışmalarını sataraq ŞANTAJ ETDİ

Azərbaycanda insanların “WhatsApp” yazışmalarını qanunsuz olaraq izləyən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər veir ki, Sumqayıt şəhər sakini 2000-ci il təvəllüdlü M.Məcidov və yaşıdı Qazax sakini S.İbrahimovaya Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, M.Məcidov informasiya texnologiyaları sahəsində çalışıb və bir müddət əvvəl həmin qadınla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıb.

Onlar instaqram sosial şəbəkəsində “Günay Ağayeva” adlı səhifə yaradaraq “WhatsApp” yazışmalarının izlənməsi və şifrələnmənin qırılması xidmətləri təklif ediblər.

Bundan sonra həmin şəxslər çoxsaylı müraciətlər alıblar. Vətəndaşlar “WhatsApp” yazışmalarını izləmək istədikləri şəxslərin nömrələrini saxta səhifəyə göndərərək xidmətə maraq göstəriblər və onlar üçün əhəmiyyət kəsb edən şəxslərin mobil nömrələrini səhifəyə yazıblar. Cütlük də kart nömrəsi göndərərək pul müqabilində bu xidməti göstəriblər.

Onlar bir nömrə ilə iki telefonda “WhatsApp” proqramının yüklənməsi və digər texnoloji addımlarla tanımadıqları şəxslərin şəxsi həyatına dair yazışmaları müxtəlif qiymətlərə “müştəri”lərə satıblar.

Lakin daha sonra sevgililər bəzi “müştəri”ləri şantaj etməyə başlayıb. Cütlük vətəndaşların şəxsi yazışmalarını izlədiklərini deyəcəkləri hədəsi ilə eyni adamlardan yenidən pul tələb edərək almağa başlayıblar. Bu yolla qadınla kişi bir neçə vətəndaşdan 200, 400 və sair məbləğlərdə pulu hədə-qorxu yolu ilə alaraq ələ keçiriblər.

Şantaj olunduqlarını görən vətəndaşlar daha sonra polisə müraciət ediblər və cinayət işi açılıb.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə təqsirləndirilən şəxslər etdikləri əməlin cinayət olduğunu bilmədiklərini deyiblər. Məhkəmənin hökmü ilə hər iki şəxsə 5 il həbs cəzası verilib. Ev dustaqlığında saxlanılan M.Məcidov aprelin 3-də məhkəmə zalındaca həbs edilib. S.İbrahimovanın cəzasının icrası isə öhdəliyindəki azyaşlı uşaqların yetkinlik yaşına çatmasınadək təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

End of content

No more pages to load

RADİO