Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədilə bu gün saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya bildirilib ki, təmir-bərpa işləri aparılır.
Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bizim.Media