Jurnalist Anar Həsənova yeni vəzifə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə ASAN xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Nifətliyev sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, Anar Həsənov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi təyin olunub.
Qeyd edək ki, Anar Həsənov "Lider" TV, "Real" TV, "AzTV" və ANS kimi bir sıra telekanallarda çalışıb.

Bizim.Media