Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, əslən azərbaycanlı olan Roman Nəsirovun səfərbərlik yolu ilə orduya çağırılması haqqında əmr ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Nizam-İntizam Xidməti yayıb.
Məlumata görə, ehtiyatda olan əsgər Roman Nəsirov xüsusi dövr üçün elan olunmuş səfərbərlik çərçivəsində könüllü olaraq orduya yazılıb. Onun hərbi xidmətə çağırışı 2025-ci il aprelin 7-də A0139 saylı hərbi hissənin komandirinin əmri ilə həyata keçirilib.

Bizim.Media