Ev tikəcəyinə söz verib 42 nəfəri ALDATDI: 400 min manat mənimsədi

Özünü "Elegant Construction" və bir neçə tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 42 nəfərin külli miqdarda vəsaitini mənimsəyən şəxsə hökm oxunub.

Bizim.Media Qaynarinfo-ya istinadən xəbər verir ki, 1977-ci ildə Füzuli rayonuda doğulmuş Elmir M. adlı şəxs internet saytlarında və sosial şəbəkələrdə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində ucuz və hissə-hissə ödəniş şərtləri ilə fərdi yaşayış evlərinin inşası, təmiri və satışını həyata keçirməsi ilə bağlı elanlar paylaşıb.

Elmir insanlarda bu yolla inam yaratmaqla, onların etibarından sui-istifadə edib və 42 nəfərin 400 min manata yaxın vəsaitini mənimsəyib.

O, bu işin icrası üçün 2019-cu ildən metronun "Memar Əcəmi" stansiyası yaxınlığında icarəyə ofis götürüb. Əməllərindən xəbərsiz olan bir neçə nəfəri işə götürərək, fəaliyyət göstərib.
 

Nəticədə təqsirləndirilən şəxs Fatmayı, Ceyranbatan və digər yerlərdə ev tikmək istəyən 42 nəfərdən 8, 12, 22, 40, 44 min və digər məbləğlərdə vəsait alaraq mənimsəyib. O, birmərtəbəli tikilməli və tam təmirili təhvil verilməli olan ev üçün zərərçəkmiş şəxslərdən 39900 manatan 81 min manata qədər pul istəyib.


Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Elmir özünü təqsirli bilib.

O, zərərçəkmiş şəxsləri aldatmasına səbəb kimi özünün də 360 min manat pul almalı olduğu iş üzrə zərərçəkmiş qismində tanındığını deyib:

"360 min manatımı vermədilər deyə, insanları aldatmalı oldum".

O bildirib ki, həmin işlə bağlı ona vurulmuş maddi ziyan tam ödənilmədiyi üçün zərərçəkmişlərin pulunu tam qaytara bilmir.
 

Məhkəmənin qərarı ilə Elmir Cinayət Məcəlləsinin 178.3.2 və 306.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, "Elegant Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Ramazanlı Nicat Məhəmməd oğludur. Təqsirləndirilən şəxs "Avangard" MMC-nin də adından istifadə edərək cinayət törədib. Özünü "Elegant Construction" və bir neçə tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 42 nəfərin külli miqdarda vəsaitini mənimsəyən şəxsə hökm oxunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

End of content

No more pages to load

RADİO