Üç rayonu birləşdirən magistral yol yararsız HALDA – FOTO

Bu magistralın 80 km-i nə zaman bərpa olunacaq?

Uzun illərdir, eyni suala sürücülər, eləcə də yolun üzərində yerləşən üç rayonun on minlərlə sakinini cavab axtarır. Təəssüf ki, cavablar hələlik ürəkaçan deyil.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkə əhəmiyyətli yollardan biri sayılan M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun ümumi uzunluğu 164 kilometrdir. Yolun 46 km-lik Xaldan-Şəki və 40 km-lik Zaqatala-Balakən-Mazımçay hissəsi yenidən qurulsa da, qalan hissələri uzun illərdir təmir olunmayıb.



Magistral yolun indiki durumu tək Şəki, Qax və Zaqatala sakinlərini deyil, o cümlədən, bu yoldan istifadə edən digər sürücülər üçün də çətinliklər yaradır. Yolun həmin hissəsində əməkdaşlarımız da öz avtomobilləri ilə hərəkət edib və bu çətinliyi yaşayıblar. 

Adətən magistrallar 7/24 saat hərəkətli olur. Bu baxımdan yolun təhlükəsizliyi də şərtdir. Lakin magistralın Şəki-Zaqatala rayonlarını əhatə edən 80 km-ə yaxın hissəsi nə təhlükəsizlik, nə də texniki baxımdan tələblərə cavab verir. 

Ötən əsrin ortalarında inşa edilən yolun istismar müddəti bitdiyindən çatlar əmələ gəlib, çalalar hər gün dərinləşməkdə və çoxalmqdadır. Yolun yataq hissəsi də problemlər yaradır. Bu səbəbdən nəqliyyat vasitələri qarşı tərəfə çıxmaqla hərəkətə davam edirlər ki, bu da qəzaların yaranmasına səbəb olur. 

Hər gün bu yolla hərəkət edən sürücü Cəlal İbrahimov saytımıza açıqlamasında deyib ki, yolun narahatlığı avtomobilləri yararsız vəziyyətə salıb:



“Biz bu yoldan hər gün istifadə edirik. Bu çalalar, yolun keyfiyyətsizliyi maşının əksər hissələrini sıradan çıxarır. Çox istərdik ki, tez bir zamanda məsələyə əlac qılınsın”.  

Magistral boyu müşahidə apararkən bir məsələ də diqqətimizdən yayınmır. Xüsusən yolun Zaqatala rayonunun Qımır kəndindən şəhərə kimi olan hissəsində bir neçə körpü var. Bu körpülərin dar olması bir təhlükədirsə, onun asfaltının dağılması isə tamam başqa bir problemdir.
 

Uzun illərin sürücüsü Nadir Abbasovla elə bu körpülərdən birinin yanında dayanıb söhbətləşirik. Sürücü haqqında danışılan yolun vəziyyətindən narazıdır. Deyir son on ildə yol tamam bərbad vəziyyətə düşüb. Görülən müvəqqəti təbdbirlərin isə zərəri faydasından daha çox olur.


Öyrənirik ki, hazırda yolun bərbad olduğu Şəki- Qax- Zaqatala hissəsində bu rayonların əsas yaşayış məntəqələri yerləşir. Digər tərəfdən sözügedən rayonların kənd təsərrüfatı məhsullarını istehsal edənlərin də əksəri bu yoldan istifadə edir.  

Sərnişindaşıma ilə məşğul olan Yunus Murtuzov avtomobili qarşıdakı çala və çuxurdan yayındırmaq istəsə də nail ola bilmir və maşını kənara verib saxlayır.



“Baxın, əksər yerdə vəziyyət belədir” - qarşıdakı çuxuru göstərən sürücü gileylənir.

“Maşınlar tez-tez sıradan çıxır, yolun sağı-solu yamadır, maşının ehtiyat hissələrinin hər gün demək olar təmirə ehtiyacı olur”, - deyir.

- Yağışlı-çiskinli günlərdə necə gəlib-gedirsiz? - deyə sual edirik.

“Həə o daha başqa bir problemdir. Çalalar su ilə dolur və heç nə görünmür. Çala həm də təkərləri sıradan çıxarır”, - deyən sürücü telefona əl atıb usta çağırır.

Problem nə zaman həllini tapacaq?



Magistralın təmirə ehtiyacı olan hissəsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya (AAYDA) bildirilib ki, 2018-ci ildə magistralın Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurulub. 2021-ci ildə isə Xaldan-Şəki hissəsinin yenidən qurulması Agentlik tərəfindən həyata keçirilərək yekunlaşdırılıb. Yolun Şəki-Zaqatala hissəsinin yenidən qurulması da nəzərdə tutulub. Bununla bağlı hazırlanan layihə aidiyyəti üzrə təqdim olunub və dövlət proqramına salınıb. Sözügedən hissənin əsaslı şəkildə yenidən qurulması yaxın gələcəkdə təmin olunacaq.

Bax belə.. yəni vəsait ayrılması gözlənilir. Nə zamanı ayrılacağı isə bəlli deyil. O zamana kimi isə sürücülər özlərini qorumalı, avtomobillərini ehtiyatla idarə etməlidir ki, az zərər çəksinlər. 











Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO