Kartofun qiymətində KƏSKİN ARTIM – Bahalaşmanın səbəbkarı KİMLƏRDİR?

Son günlər bazar və marketlərdə satılan kartofun qiymətində kəskin artım var. Daha öncə 70-80 qəpiyə alınan bu məhsulun qiyməti hazırda 1 manat 70 qəpikdən 2 manat 40 qəpik arasında dəyişir. Faraş kartofun qiyməti isə 2-5 manat aralığındadır.

Bəs kartofun qiymətinin bu qədər kəskin dəyişməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirib ki, Azərbaycanın illik kartofa olan tələbatı 1 milyon 500 min tondur:
 

"Burda istehlak etdiyimiz, toxumluq və saxlamaq üçün olan kartof nəzərdə tutulur. Ölkədə isə 998 min ton kartof istehsal olunur. Yəni tələbatımızdan 33 faiz az istehsal olunur. Elə bu səbəbdən də yerli kartof qış mövsümünə qalmır. Ona görə xaricdən almalı oluruq.


Gətirilən kartofu isə işbazlar daha baha qiymətə satırlar. Rusiyada, Türkiyədə kartof burdan ucuzdur. Bizdə qiymətin yuxarı olmasının səbəbi tələbatın ödənilməməsi ilə bağlıdır. Çünki təklif azdır. Təklif az olanda da həmin işbazlar fürsətdən yararlanıb daha çox qazanc əldə etməyə çalışırlar.

Düzdür, bazarlarda təzə kartof da var. Amma o da yetərli deyil, həm də bahadır. Çünki istehsal baha başa gəlir. Onlar gözləmir kartof tam yetişsin, böyüsün. İndi kartof baha olduğuna görə onlar çalışır ki, bazara tez çıxarıb baha qiymətə satsınlar, pul qazansınlar".

V.Məhərrəmov qeyd edib ki, əslində qiyməti qaldıran kartofu əkib-becərənlər deyil, arada rol oynayan ticarətçilərdir:

"Sonra topdansatış mərkəz də çalışır ki, yaranmış vəziyyətdən bəhrələnsin. Eləcə də, market və bazarlardasatışı təşkil edənlər də çalışırlar durumdan istifadə edib pul qazansınlar. Bunları aradan qaldırmaq üçün biz yetərincə kartof istehsal etməliyik. Həm toxuma olan tələbat üçün, həm də istehlak üçün. Əgər bu olarsa, qiymətlərdə kəskin dəyişmə baş verməyəcək.

Eyni zamanda məhsulun keyfiyyətini artırmaq lazımdır ki, qış mövsümünə qalsın. Bununla yanaşı, soyuducu anbarlar inşa etmək, fermerlər və kəndlilərlə maarifləndirici işlər aparılmalıdır ki, onlar becərdikləri məhsulu anbarlarda saxlaya bilsinlər”.

İqtisadçı ekspert Asif İbrahimli isə Bizim.Media-ya açıqlamasında bildirib ki, indi satışa çıxarılan  kartof anbarlarda depolanmış məhsuldur:

“Onun da saxlanılmasının xərcləri, daşınması kimi səbəblər qiymətlərə təsir edir. Məhsulun əkini, yığımı və saxlanması son qiymətin formalaşmasında müəyyən fərqlər yaradır.

Bu gün Azərbaycanda fəaliyyət göstərən hər hansı bir anbarda və yaxud tarlada işləyən işçi keçən il 345 manat minimum əməkhaqqı alırdısa, bu gün minimum əməkhaqqı 400 manatdır. Ona görə də məhsulların da qiyməti artır. Kommunal xərclər, yanacağın qiymətində olan artım da ümumi vəziyyətə təsir göstərir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

End of content

No more pages to load

RADİO