Goranboyda güclü külək fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Goran qəsəbəsində baş verib.
Güclü külək nəticəsində işıq dirəyi 1988-ci il təvəllüdlü Famil Nəcəfova məxsus “BMW” markalı avtomobilin üzərinə aşıb. Avtomobildə heç kim olmadığından xoşbəxtlikdən xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu