Balakəndə qadın hamamda ölüb. Onun hamamda yuyunarkən yıxıldığı ehtimal edilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Talalar kəndində fərdi evlərdən birində bədbəxt hadisə baş verib.
Belə ki, Limona İsayeva hamamda yuyunarkən ayağı sürüşüb yıxılıb və aldığı zədələrdən keçinib.
Hadisə yerinə həkimlər çağırılıb. Lakin onlar gələnə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu