Yaşıl çayın hansı faydaları və zərərləri var?

Yaşıl çay oksidləşməmiş yarpaqlardan hazırlanan çay növüdür. Bir çox faydalı xüsusiyyəti ilə diqqət çəkən yaşıl çay dünya üzrə ən çox istehlak edilən çaylardan biridir.

Bizim.Media xəbər verir ki, tibb sahəsində aparılan son araşdırmalar, yaşıl çayın bir çox sağlamlıq problemində müsbət təsir göstərdiyini ortaya çıxarıb.

Yaşıl çayın faydaları

Yaşıl çay xüsusilə antibakterial və antioksidant xüsusiyyətləri ilə tanınır. Elm adamları bu çayın aşağıdakı sahələrdə faydalı olduğunu bildirir:

İmmunitet sistemini gücləndirir: Yaşıl çay oksidləşməyə qarşı qoruyan Epigallokateşin (EGCC) adlı güclü antioksidant ehtiva edir.

Stressi azaldır: Yaşıl çayın tərkibindəki theanine maddəsi stressin idarə olunmasına kömək edir.

Xərçənglə mübarizə: Yaşıl çayın polifenolləri bədəni xərçəngə qarşı qoruyan güclü antioksidantlardır.

Yağ yandırma və çəki itirilməsi: Araşdırmalar göstərir ki, yaşıl çay metabolizmanı sürətləndirir və yağ yandırmağı artırır.

Yuxu keyfiyyətini artırır: Yatmazdan əvvəl yaşıl çay içmək yuxu keyfiyyətini yaxşılaşdırır.

Tədqiqatlar yaşıl çayın xərçəngin qarşısını almağa kömək etdiyini göstərir: Son elmi araşdırmalar yaşıl çayın müəyyən xərçəng növlərinin qarşısını almağa kömək etdiyini açıqlayıb. Xüsusilə, döş vəzi və prostat xərçəngi riskini azaltdığı, həmçinin, yemək borusu və ağciyər xərçənginə qarşı mübarizə aparmağa kömək etdiyi bildirilir.

Yaşıl çay və beyin sağlamlığı: Yaşıl çay beyindəki funksiyaları gücləndirir və alzheimer ilə parkinson xəstəliklərinin riskini azaldır. Araşdırmalara görə, bu çay bilik və yaddaşın yaxşılaşmasına kömək edir, həmçinin, beyindəki dopamin səviyyələrini artırır.

Yaşıl çayın zərərləri

Yaşıl çayın çox istehlakı müəyyən zərərlərə yol aça bilər. Çox yaşıl çay içmək kafein qəbulunun artmasına səbəb olur ki, bu da yuxusuzluq, ürək çırpınması və baş ağrılarına yol açar. Həmçinin, yaşıl çay bəzi insanlarda mədədə narahatlığa və ya ishala səbəb ola bilər.

Yaşıl çayın dəmlənməsi: Yaşıl çayı düzgün dəmləmək vacibdir. Çünki qaynar su, çayın tərkibindəki faydalı maddələri azalda bilər. Mütəxəssislər yaşıl çayın 2-3 dəqiqə dəmlənməsini və hər gün 3 fincandan artıq içilməməsini tövsiyə edirlər.

Qeyd edək ki, yaşıl çayın sağlamlığa faydaları çox olsa da, onun istehlakında ölçüyə nəzarət vacibdir. Yaşıl çayın xəstəliklərin qarşısını almağa kömək etdiyi bildirilsə də, çox istehlakın mənfi təsirləri də unudulmamalıdır. Bu səbəbdən yaşıl çayın faydalarından yararlanmaq istəyənlərin məsləhət olunan şəkildə istifadə etmələri tövsiyə olunur. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

End of content

No more pages to load

RADİO