Neftçalada evli qadını narahat edən kişi HƏBS EDİLDİ

Neftçala rayonunda evli qadını mütəmadi narahat edən şəxs həbs edilib.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, Neftçala Rayon Məhkəməsinin qərarı ilə rayonun Kürdili kənd sakini, 31 yaşlı Orxan Osmanov (ad və soyadlar şərtidir) aprelin 7-də 10 sutkalıq inzibati həbs edilib.

Müəyyən edilib ki, o, 1 aya yaxın imiş Neftçala şəhərində yaşayan evli, 2 uşaq anası olan qadını izləyərək narahat edirmiş.

Şikayətçi L.Mustafayeva bildirib ki, Orxan bir neçə dəfə ona yaxınlaşaraq eşq elan edib, əl çəkməyəcəyini bildirərək əxlaqsız təkliflər edib:

"İki azyaşlı övladım və ailə üzvlərimlə birgə Neftçala şəhərində yaşayıram. Martın 14-də övladlarımı bağçadan götürüb evə gəldiyim zaman tanımadığım bir şəxs uşaqların yanında, insanların gedib gəldiyi yerdə mənə yaxınlaşdı. O, tanış olmaq məqsədilə telefon nömrəmi istədi. Övladlarımı ona göstərib evli olduğumu deyərək bu hərəkətin əxlaq normalarına zidd olduğunu bildirdim və məndən kənar olmasını istədim. Lakin o məndən əl çəkməyəcəyini dedi.
 

Daha sonra mart ayında bayram günlərində yaşadığım binanın blokuna qədər gəldi və məni insanların yanında təhqir edib əxlaqsız təkliflər etməyə başladı. Bu məsələni bədbəxt hadisə olmasın deyə həyat yoldaşımdan gizlətdim.


Sonradan bu şəxsin tutduğu əməldən islah olmadığını görüb həyat yoldaşıma məlumat verdim. Belə ki, aprelin 4-ü saat 17 radələrində həmin şəxsin azyaşlı övladlarımı bağçadan gətirərkən mənə yenə yaxınlaşdığını görüb ərimə zəng etdim. Həyat yoldaşım xidməti işi ilə əlaqədar qrafikə uyğun olaraq işdə olduğundan məndən onun videosunu və şəkillərini çəkib "102"yə müraciət etməyimi istədi, mən də onun dediyini etdim".

Bundan sonra O.Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib.

O, aprelin 7-si saxlanılaraq məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

End of content

No more pages to load

RADİO