Təsirli müalicə vasitəsi – Muzeyə gedin, bu xəstəliklərdən SAĞALIN

Belə bir cümlə var:  “İncəsənət ruhun qidasıdır”. Bu fikri bir çox insan, hətta araşdırmalar da  təsdiqləyir. Məsələn, İsveçrənin  Neuchatel şəhərinin həkimləri psixi və fiziki sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş təşəbbüs çərçivəsində xəstələrinə pulsuz muzey ziyarətləri təyin edə bilər.

Muzey ziyarətinin müalicə vasitəsi kimi istifadə edilməsi həqiqətən də məqsədəuyğundurmu?

Bizim.Media məsələnin psixoloji tərəflərini aydınlaşdırmaq üçün psixoloq Nabat Mirzəyevanın fikirlərini öyrənib.

O əvvəlcə bildirib ki, “muzey terapiyası” İsveçrəylə yanaşı, Kanada da, Belçikada tətbiq olunur. Bunun səbəbi isə budur ki, bir çox xəstə dərman qəbul etməyə razı olmadığı  üçün həkimdən bəzi metodları məsləhət görməklərini istəyirlər. Həkimlər də onlara muzey ziyarətini məsləhət edirlər.

“Əgər xəstə dərman qəbul etmək istəmirsə, “incəsənət terapiyasına” yönləndirmək lazımdır. Buna “muzey terapiyası” da daxildir. Araşdırmalar da göstərir ki, incəsənətlə məşğul olmaq emosional olaraq duyğularımıza çox gözəl təsir edir. İncəsənət, muzey, heykəltaraşlıq dərin məna daşıyan nüanslardan ibarətdir. 

Buna görə də bir çox zaman insanın keçmiş xatirələrə, yaşanmış hekayələrə dönərək depressiyadan çıxmağı, sosiallaşmağı üçün həkimlər muzey terapiyasını məsləhət edirlər. Bu bir növ sosiallaşmağa da kömək edir. Muzeydəki işıqlandırma, oradakı səssizlik və keçmiş zamanlara gedib, düşünmək düşüncələrimizin sakitliyinə səbəb olur”.

Nabat Mirzəyevanın sözlərinə görə mədəni təcrübələr xoşbəxtlik hormonu olan dopamini və serotinini artırır, stress hormonu olan kortizolu azaldır.

Bəs İsveçrədə həyata keçirilən təşəbbüs Azərbaycanda da olsa necə olar?

“Bizdə də  belə bir addım atmaq olar. Sözsüz ki, bu insandan-insana dəyişir. Hər kəsi eyni terapiyaya, metoda məcbur edə bilmərik. Hər bir insan fərqli və individualdır. Buna görə də onlara eyni şəkildə terapiyaya vadar edə bilmərik.  Ümumilikdə "muzey terapiyası" nəinki sakitləşmək üçün, həmçinin tarixi anılara yönəlmək, keçmiş və indiki zamanı müqayisə etmək, hüzuru tapmaq  üçün önəmlidir-deyə psixoloq sonda fikirlərini yekunlaşdırıb”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

End of content

No more pages to load

RADİO