"Teatrda heç bir davadan söhbət gedə bilməz, ağ yalandır".
Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Akademik Milli Dram Teatrında hücuma məruz qaldığı deyilən Xalq artisti Əli Nur deyib.
"Teatr rəsmi açıqlama verib, hər şeyi izah edib. Teatrda heç bir davadan söhbət gedə bilməz.
Niyə belə qələmə verdiklərini bilmirəm. Ağ yalandır. Teatr dava yeri deyil, yaradıcılıq məkanıdır.
Bədii Şuranın iclasında rejissor işi, aktyor oyunu haqqında mübahisə oldu. Yaradıcılıq işində mübahisə həmişə mümkündür.
Xahiş edirəm, məni bir də bu məsələ ilə bağlı narahat etməyin! Belə şeyləri şişirtməyin!
Teatrımızın uğurları haqqında yazın, biz də oxuyub sevinək", - deyə Ə.Nur vurğulayıb.
Bizim.Media