"Sualın tipindən asılı olaraq onun cavabını dəqiqləşdirməyə bəzən saniyələr, bəzən isə 4 dəqiqə vaxt sərf edirik".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında azərbaycan dili və ədəbiyyatı fənni üzrə Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərən Nəzirə Məmmədova deyib.
2 ildən çoxdur marker kimi fəaliyyət göstərən müəllim bildirib ki, anlaşılmayan cavablarda birgə qərar verilir:
"Bütün şagirdlərin xətti gözəl olmur. Başa düşülməyən sözlər olanda birgə, yəni 4-5 əlavə müəllimlə qiymətləndirməyə qərar veririk. Elə suallar var ki, özümüz qiymətləndiririk. Tərəddüd edilən məsələlərdə tərəddüd düyməsi var və bunun köməkliyi ilə əlavə 3 müəllim də cavaba baxır, əgər şagird o fikrə yaxınlaşıbsa, biz onu qiymətləndiririk".




Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media