Qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may və iyun ayında keçiriləcək. Amma hələki konkret tarixlər məlum deyil.
Bunu Bizim.Media-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə deyib.
O bildirib ki, aprel ayının ikinci yarısında dəqiq tarixlər məlum olacaq:
"Aprel ayının 17-dən etibarən qeydiyyat prosesinə start verilir. Həmin tarixdə də biz konkret tarixlər haqqında məlumat verəcəyik".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media