“Başqa yerdə bişirilən köhnə yeməklər restoranlara gətirilir və qızdırılıb müştəriyə verilir” – ŞOK İDDİA

Son zamanlar paytaxtdakı “Xankəndi”, “Qurd qapısı”, Top Qapı”, “Şüa” və s kimi məşhur restoranlar, eləcə də, şadlıq evlərinin mətbəxindəki antisanitar vəziyyətlə bağlı görüntülərə şahid olduq.

Onların bir çoxu ciddi xəbərdarlıqlar alıb cərimə edildi. Hətta bəzisinin rəhbəri barəsində inzibati icraata başlanıldı.

Amm buna baxmayaraq, hələ də antisanitar vəziyyətdə olan xidmət obyektləri qalmaqdadır.Bu azmış kimi hər fürsətdə toy masalarının qiymətləri qaldırılır. Özü nə az, nə çox ildə iki dəfə...

Bəs, ildə iki dəfə toy qiymətlərini artıran bu iaşə müəssisələrinin mətbəxini müştəri görə bilərmi? İstehlakçının buna hüququ varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, bu, hər bir istehlakçının hüququdur. Müştəri bunu restoran sahibindən tələb edə bilər:

“Azad İstehlakçılar Birliyi xeyli öncə bir layihə çərçivəsində Bakıdakı bir çox restoranlarda monitorinqlər aparmışdı. Çox təəssüf ki, elə əhəmiyyətli layihə biznes qurumları tərəfindən boğuldu. Biz həmin layihə zamanı bir çox restoranlarda zalların mətbəxlə qətiyyən uyğun gəlmədiyini müşahidə etdik.
 

Şəhərin mərkəzindəki ən bər-bəzəkli zalı olan restoranların mətbəxinin necə bərbad gündə olduğunu gördük. Hətta belə restoranlardan birində mətbəxinin antisanitar olmasıyla yanaşı, başqa yerdə bilşirilən köhnə yeməklərin ora gətirilərək qızdırılıb müştəriyə verildiyinin də şahid olduq.


Biz ifşaedici işlərdən sonra mərkəzdəki restoranlardan yalnız birində mətbəxi göstərən monitor quraşdırılmasına nail olduq. Zalda oturan istehlakçılar mətbəxdə yeməyin necə hazırlandığını bu şəkildə görə bilirlər. Həmin restoran hələ də çalışır. Bəzi ölkələrdə bu yöntəm tətbiq olunur”.

Eyyub Hüseynov bildirib ki, onlar istehlakçılara mətbəxini görmək mümkün olan restoranlara üz tutumağı tövsiyə edirlər:

“Biz istehlakçılara çağırış edirik, deyirik o restoranlarda yemək yeyin ki, oranın mətbəxini görmək mümkündür. Şəhərimizdə bir neçə belə restoran var. Onların mətbəxləri açıqdır.

İstənilən müştəri gedib kənardan müşahidə edə bilər. Lakin bir çox restoranlar istehlakçılar ora mikrob sala bilər bəhanəsi ilə mətbəxini bağlı saxlayır və nəticədə fəaliyyəti gözdən iraq olur. Bu sahədə çox ciddi problemlər var. O cümlədən bəzi şadlıq evlərində də vəziyyət belədir. Bu müəssisələrdə tələb çox olduğu üçün istehlakçıya nə desən təklif olunur.

Əlbəttə, burda istehlakçının, toy sahibinin hüququ var ki, mətbəxdə nə baş verdiyini müşahidə etsin. Lakin burda da bəziləri mətbəxlərini bağlı saxlayırlar ki, guya kimsə girsə, oranı çirkləndirə bilər. Təəssüf ki, belə yerlərdə antisanitariya faktları həddən artıq çoxdur”.

Birlik rəhbərinin fikrincə, belə halların aradan qaldırırlması üçün Qida Təhlükəsizliyi Agentiyinə xüsusi səlahiyyətlər verilməlidir. Onların bu mənada əl-qolu bağlıdır. Qəfil yoxlama həyata keçirə bimirlər. Çünki yoxlama aparılması üçün prosedurlar həddindən artıq bürokratikdir. Bunun üçün gərək əvvəlcədən obyektə xəbərlarlıq edilsin ki, sizi yoxlamağa gəlirik. Nəyi yoxlayacağıq, və s..

Belə olanda da bu artıq yoxlama yox, elə-belə bir iş olur. Biznes qurumları hökumətin onlar üçün yaratdlğı son dərəcə rahat şəraitdən sui istifadə edirlər.

Ona görə də Qida  Təhlükəsizliyi Agentliynin əsasnaməsinə dəyişiklik edilməlidir. Onlar obyektlərə xəbərdarlıq etmədən, cəld yoxlama aparmaq səlahiyyətinə sahib olmalıdırlar”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO