“Sosial şəbəkələrdə abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi verilməsi dələduzluqdur”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, DİM valideynləri diqqətli olmağa və belə hallarla rastlaşanda hüquq mühafizə orqanlarına müraciət etməyə çağırıb:
"Dövlət İmtahan Mərkəzinin məlumat bazası yüksək təhlükəsizliklə təmin edilib və ora giriş edib imtahan nəticələrini dəyişmək mümkün deyil".
Bizim.Media