İmtahan nəticələrinin yoxlanılmasında hələki süni intellektdən istifadə edilmir.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, imtahan nəticələrinin yoxlanılmasında süni intellekt tətbiqi üzərində iş gedir:
"İmtahan nəticələrinin yoxlanılmasında süni intellektin tətbiqi dünyada hələ təzədir və bu, zaman alan və araşdırılmalı prosesdir".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media