Dövlət İmtahan Mərkəzində imtahan nəticələrinin yoxlanılması prosesində hansı müəllimlərin (markər) iştirak edə biləcəyi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov DİM elektron imtahanlar korpusuna mediatur zamanı danışıb.
O bildirib ki, markerlər respublikanın müxtəlif regionlarından olan fənn müəllimləri sırasında müxtəlif istiqamətlər üzrə və ikimərhələli seçim prosesindən keçdikdən sonra yoxlamaya cəlb olunurlar:
"Qiymətləndirmə vasitələrinin işlənməsi və yoxlanılmasına dair hazırlıq kursları"nın iştirakçıları, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisası üzrə 70%-dən yuxarı nəticə göstərmiş müəllimlər və təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsində ixtisası üzrə 90%-dən yuxarı nəticə göstərmiş müəllimlər marker kimi fəaliyyət göstərə bilərlər ".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media