Mart ayının 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftənin sonuna elan olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur zamanı deyib.

O bildirib ki, mart ayının 9-da təşkil olunmuş imtahanın cavabı isə prosesə uyğun olaraq 6 həftədən sonra məlum olacaq.
"Müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media