Doğum evində anasının adı səhv yazıldı - Məktəbə qeydiyyata düşə bilmir – FOTO

Cəlilabadda 6 yaşlı Malik məktəbə getmək üçün qeydiyyata düşə bilmir.

Bizim.Media xəbər verir ki, bu şikayətlə “qafqazinfo.az”a uşağın atası Xalid Quliyev müraciət edib.

Səbəb isə çox qəribədir: Azyaşlının anasının adı doğum evində səhv yazılıb...

X.Quliyevin sözlərinə görə, xəstəxanadakı yanlışlıq səbəbindən övladına indiyə kimi heç bir sənəd, o cümlədən, doğum haqqında şəhadətnamə də ala bilməyib:

“Oğlum 2019-cu ildə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında doğulub. Doğularkən xəstəxanadan ona verilən sənəddə anasının adı səhv qeyd olunub. Yoldaşımın sənəddə adı Şəbnəmdir, amma el arasında ona Zəhra deyirlər. Həmin sənəddə də Zəhra yazıldığına görə ona doğum haqqında şəhadətnamə ala bilmirəm. Halbuki öz səhvlərini düzəltməlidirlər”.

Ata deyir ki, yaşadıqları Cəlilabadın Alar kəndinin İcra Nümayəndəliyinin verdiyi arayışda da ananın Şəbnəm olması təsdiqlənib. Amma bu da məsələnin həllinə kömək edə bilməyib.

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Ədliyyyə Nazirliyindən isə müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş öncə tibb müəssisəsinə müraciət etməli, doğum haqqında tibbi sənəddə müvafiq düzəliş edilməlidir:

“Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Qeyd olunan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilir və yalnız bundan sonra doğum dövlət qeydiyyatına alınmaqla valideynlər doğum haqqında şəhadətnamə ilə təmin edilirlər.

Qeyd olunan halla əlaqədar vətəndaş öncə tibb müəssisəsinə müraciət etməli, doğum haqqında tibbi sənəddə müvafiq düzəliş olunmalıdır”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO