Ağdam stansiyasından 48 kilometr cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 00:35-də maqnitudası 3,7 olan zəlzələ baş verib.
Zəlzələ ocağı Yerin 11 kilometr dərinliyində olub.
Bizim.Media