Gəncə şəhər Telekommunikasiya İdarəsinə yeni rəis təyin olunub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu vəzifə Cabbarlı Mirdamət Mirsəadət oğluna həvalə edilib.
Qeyd edək ki, Mirdamət Cabbarlı daha əvvəl Bakı şəhər Yasamal rayonu Aztelekom 1 saylı Rabitə xidmətləri mərkəzinin rəisi vəzifəsində çalışıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu