Bağça müəllimlərinin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı MÜHÜM AÇIQLAMA

Ölkə üzrə uşaq bağçalarında təhsilin səviyyəsi ilə bağlı dəyişikliklərin edilməsi planlaşdırılır. Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev deyib.

Bəs hansı yeni tələblər irəli sürüləcək? Sertifikatlaşdırma prosesi necə həyata keçiriləcək?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə məktəbəqədər təhsil müəssisələrinin ilkin sertifikasiya prosesində bir çox  qeyri-ixtisas müəllimləri kənarda qalacaqlar.

“Məlum olduğu kimi, 2022-ci ilədək məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin tabeliyində idilər. Burada fəaliyyət göstərən tərbiyəçilərin və rəhbərlərin əksəriyyəti qeyri-ixtisas sahibi olublar. 2022-ci ildə ölkə başçısının sərəncamından sonra təhsilin bütün pillələrinin vahidləşdirilməsi məqsədilə bütün məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildi. Bundan sonra artıq kadr, qidalanma rasionu, müəsssiələrə ciddi nəzarətlə bağlı məsələlərlə əlaqədar olaraq fəaliyyət planı hazırlandı.
 

Şübhə etmirəm ki, ilkin sertifikasiya prosesində kifayət qədər qeyri-ixtisas sahibləri olan müəllimlər keçə bilməyəcək və kənarda qalacaqlar. Elm və təhsil nazirinin tərbiyəçilərdən başqa yeni işə götürülənlərlə bağlı da çağırışı olmuşdu. O bildirmişdi ki, bundan sonrakı dövr üçün yalnız ali təhsilli ixtisaslı mütəxisslərlə davam ediləcək. Bu fikir  kollec təhsilli kadrlarla bağlı müəyyən gərginliklərə səbəb olmuşdu”, - o vurğulayıb.


Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində hazırda kollec təhsilli müəllimlərə məhdudiyyət qoyulmur.

“Artıq onlar da bu imtahanlarda iştirak edib tərbiyəçi kimi fəaliyyət göstərə biləcəklər. Bu baxımdan belə bir dəyişikliyin gərginliyin aradan qalxmasında da rol oynayacağını düşünürəm”,- deyə M.Məmmədli fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO