Müəllimlər DİM tərəfindən də sertifikasiyaya CƏLB OLUNACAQ

Azərbaycan dili ölkənin əsas ünsiyyət vasitəsi olmaqla yanaşı, təhsil sisteminin də təməl dayağıdır. Bu dilin daşıyıcıları arasında müəllimlərin rolu xüsusilə qeyd edilməlidir, çünki istənilən fənnin tədrisi və elmi biliklərin ötürülməsi ilk növbədə aydın və düzgün dil bacarığı tələb edir.

Bir sözlə təhsil verənin Azərbaycan dilini bilmə səviyyəsi onun pedaqoji effektivliyinə birbaşa təsir edir.

Məsələn xarici dil müəlliminin öz ana dilini kifayət qədər bilməməsi, tədrisin keyfiyyətini aşağı salma ehtimalı yüksəkdir. Çünki dilin əsasları zəif olduqda, ikinci bir dili öyrətmək daha da çətinləşir. Eyni şəkildə riyaziyyat, fizika, kimya və digər fənlər üzrə dərs deyən müəllimlər də Azərbaycan dilində fikrini dəqiq və aydın şəkildə ifadə edə bilməlidir. Əks halda, müəllim nə qədər savadlı olsa da, bildiyini qarşı tərəfə ötürməkdə çətinlik yaşayacaq.

Bu səbəbdən Dövlət İmtahanı Mərkəzi (DİM) tərəfindən keçiriləcək olan Azərbaycan dili üzrə ümumi sertifikasiyanın tətbiqində bütün fənn müəllimləri üçün vacib hesab edilir. 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Modern.az”a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, DİM sədri Məleykə Abbaszadənin də səsləndirdiyi kimi burada Azərbaycan dilindən daha çox istifadə olunan istiqamətlərdə çalışan mütəxəssislərin bilik və bacarıqların yoxlanılması vacibdir.
 

Bu həm dilimizin qorunması, həm də dil daşıyıcıları tərəfindən gələcək nəsillərə müəyyən informasiyaların düzgün çatdırılması baxımından önəmlidir. Bu səbəbdən də müəllim, yazıçı və jurnalistlərin prosesə cəlb olunması gözlənilir. 


“Düzdür Azərbaycan dili üzrə Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən sertifikasiya keçirilir, amma Dövlət İmtahan Mərkəzi tərəfindən də ümumi sertifikasiyaya bütün müəllimlərin cəlb olunmasını bir müddət sonra başlayacağını görəcəyimizi düşünürəm.

Həm Azərbaycan Yazıçılar Birliyinin, həm də Mətbuat Şurasının rəhbəri Azərbaycan dili üzrə ümumi sertifikasiya imtahanına yazıçı və jurnalistlərin cəlb olunması və prosesdə iştirakının vacibliyini vurğulayıblar.

Bu səbəbdən də ilkin prosesdə sözügedən iki ixtisas sahiblərinin, daha sonra isə fənn müəllimlərinin cəlb olunması gözləniləndir” – deyə E. Əfəndi vurğulayıb.

Onun sözlərinə görə, bütün fənn müəlimlərinin ixtisasları üzrə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanı 2027-ci ildə yekunlaşacaq və bundan sonra bütün fənn müəllimləri DİM-in təşkil etdiyi ümumi dil bacarıqlarını yoxlayan sertifikasiyadan keçəcək. 
 

“Proses həm nazirlik, həm də DİM-in birgə təşkilatçılığı ilə aparılmalıdır, bundan başqa Azərbaycan dili, riyaziyyat, fizika, musiqi, rus dili və digər müəllimlərin hamısının bu prosesdə aktiv iştirakının vacibliyi də vurğulanmalıdır. Ümid edirəm bu mərhələdə müsabiqə şərtini ödəyə bilməyənlərə qarşı daha ciddi tədbirlər görüləcək.


Bilirik ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanında müəllimlərə ikinci şans verilir və yalnız ikinci şansı doğrultmayan müəllimlərin əmək məcəlləsinə xitam verilir. Ümid edirəm, Azərbaycan dili üzrə ümumi biliklərin yoxlanılması məsələsində eyni hal və mahiyyəti daşımaz”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO