“Dedi ki, 10 min prokuror və hakimə çatacaq” - FOTO

Bacısı ilə birlikdə həbsdə olan İlknur Əliyevanın daha bir cinayət əməli üzə çıxıb.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, onun daha bir şəxsə qarşı 15 min manatlıq dələduzluq etdiyi məlum olub.

İlknur Binəqədi rayon bələdiyyəsinin sabiq sədri olmuş bacısı Aytac Əliyeva ilə birgə həbs edilib. Aytac 7, İlknur isə 6 il cəza alıb. Onlar ayrı-ayrı şəxslərdən işə adam düzəltmək, iş qurmaq, rəsmi sənədləri saxtalaşdırmaq adı ilə külli miqdarda pul alıblar.

İlknur həbsdə olan zaman ondan daha bir nəfər şikayətçi olub. Oğlu həbsdə olan qadın İlknurun qurbanı olub.
 

Həmin şəxs avtoqəza cinayətinə görə həbs edilən oğlunun azadlığa çıxarılması üçün İlknura 15 min manat pul verib. Zərərçəkmiş şəxslə İlknur qonşu olublar.


İlknur əvvəlcə 10 min manatı prokurur və hakimə vermək adı ilə alıb. Sonra isə qalan məbləği alaraq ümumilikdə 15 min manatı ələ keçirib.

“Oğlumun həbsdən çıxarılmasına görə məni başqa şəxslər də aldatmışdı. Buna görə evimi satmışdım. İlknur qonşumuz idi və gözümüzün qabağında böyümüşdü. Zəng edib dedi ki, 10 min prokuror və hakimə çatacaq. Həmin vaxt 9 min verdim. Sonra da qalan məbləği. Oğluma 5 il 6 ay həbs cəzası verdilər. Pulumu istəyəndə dedi ki, evini satıb verəcək. Amma vermədi”, - deyə zərərçəkmiş qeyd edib.

İlknur ifadəsində özünü təqsirli bilib. Əlavə edib ki, pulu özündə saxlamaqda məqsədi nəsə iş görüb pul qazanmaq olub. Amma nə iş görə bilib, nə də camaatın pulunu qaytarıb.

Məhkəmə İlknuru dələduzluqda təqsirli bilib. Bu əməlinə görə 2 il azadlıqdan məhrumetmə cəzası təyib edilib. Əvvəlki cəzası ilə birləşdirilərək onun üzərində qəti olaraq 6 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO