Türkiyənin yeni səfiri Birol Akgün azərbaycanlı ictimaiyyət və media nümayəndələri ilə GÖRÜŞDÜ – FOTO

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü və təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə azərbaycanlı ictimaiyyət və media nümayəndələrinin görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə açan Birol Akgün Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq bağlarından bəhs edib.

Türkiyəli səfir çıxışında ölkələrimiz arasında münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı da fikirlərini bölüşüb.

Birol Akgün Türkiyənin Azərbaycanda səfiri kimi fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.


Daha sonra çıxış edən ATXƏM sədri İlham İsmayılov bu cür vacib görüşün təşkilinə görə Birol Akgünə təşəkkürünü bildirib. İlham İsmayılov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri xalqlarımızı biri-birinə daha da yaxınlaşdırıb. ATXƏM sədri son dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

Tədbirdə çıxış edən ATXƏM İB-in icra katibi Səadət Ramazanlı, "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İB-nin sədri Rauf Zeyni və “İnkişafa və İslahatlara Dəstək” İB-nin sədri Ramil Əliyev xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsi üçün bu cür görüşlərin əhəmiyyətinin böyük olduğunu qeyd ediblər.

Daha sonra, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədri İradə Rzazadə, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı çıxış edərək tarix boyu mövcud olmuş Azərbaycan Türkiyə dostluğu, eyni zamanda iki dövləti birləşdirən mənəvi dəyərlər haqqında ətraflı məlumat veriblər.
 

Tədbirdə çıxış edən media nümayəndələri - Bizim.Media informasiya portalının baş redaktoru Anar Tahirov, “LAF TV”-nin rəhbəri Ləman Ələşrəfqızı və "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin mənəvi dəstəyinin əhəmiyyətindən bəhs ediblər.


Onlar Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının regionda sabitlik və rifah baxımından vacib olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO