BMW-ni benzin tökərək yandıran şəxs azadlığa buraxıldı

Bakıda tanışının maşınını yandıran şəxs hakim qarşısına çıxarılıb. O, qisas almaq məqsədi ilə BMW markalı avtomobilə benzin tökərək yandırıb.

Bizim.Media xəbər verir ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib.

Nicat adlı şəxs tanışı Xəyalın avtomobilini yandırıb. Məlumata görə, Nicat taksi sürücüsü kimi fəaliyyət göstərib.

Xəyal Ukranyada işləyən zaman ailəsini Nicata tapşırıb və taksi kimi onları gedəcəkləri ünvanlara aparmasını xahiş edib.
 

Qonşuların və şahidlərin məlumatına görə Nicat sonrada Xəyalın ailəsini narahat etməyə başlayıb. Hətta qonşular da yaranmış vəziyyətdən narazı olublar. Buna görə Xəyalla Nicat arasında bir neçə dəfə mübahisə olub. Bu məsələdən Nicatın atasının da xəbəri olub.


Xəyal məsələni həll etmək üçün Nicatla görüşmək istəyib. Xəyal özünə məxsus BMW markalı avtomobillə Nicatla görüşə gedib. Nicat idarə etdiyi “Tofaş” markalı avtomobildə olan zaman Xəyal ona işarə edərək saxlamasını istəyib. Lakin Nicat oradan uzaqlaşmaq istəyən zaman maşınlar toqquşub. Xəyal bu barədə “102 Xidməti”nə məlumat verdikdən sonra polisə gedib.

Nicat isə hadisə yerindən uzaqlaşandan sonra maşınına dəymiş zərəri görəndə əsəbləşib və Xəyaldan qisas almağı qərarlaşdırıb. Hadisə yerinə qayıdan zaman Xəyalın maşınını yol kənarında görüb. Maşına benzin tökərək yandırıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər arasında barışıq olub. Tərəflər bir-birindən şikayətçi olmayıb.

Həbsdə olan Nicat barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN - VİDEO

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

End of content

No more pages to load

RADİO