Kişi ondan boşanan arvadını mikroavtobusda bıçaqladı

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Ceyhun Babalının (soyadı şərtidir) barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 30 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Nizami prospektində dayanıqlı vəziyyətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusda qeydə alınıb.

Belə ki, Ceyhun Babalı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı, zərərçəkmiş Günay İsmayılovanın (şərti) yanında əyləşib. Sonra o, qadının naməlum avtomobildən düşməsini bəhanə edərək, turist bıçağı ilə zərərçəkmiş şəxsə qəsdən zərbələr endirib.

Hadisədən sonra Ceyhun Babalı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Zərərçəkmiş Günay İsmayılova ifadəsində bildirib ki, Ceyhunla 2018-ci ildə ailə qurub və 2022-ci ildə aralarında yaranmış münaqişəyə görə ayrılıb. Onlar ayrıldıqdan sonra birgə nikahdan olan 2 övladını eks-əri ona verməyib. Buna görə də qadın Ceyhuna qarşı Gədəbəy Rayon Məhkəməsində uşaq tələbinə dair iddia qaldırıb. Həmin məhkəmə prosesinin davam etdiyi bir ərəfədə Ceyhun vatsap vasitəsi ilə səs göndərərək əgər uşağı ondan tələb etməyə davam edəcəyi təqdirdə onu öldürəcəyini bildirib.

Günay İsmayılova qeyd edib ki, məhkəmə prosesinin keçiriləcəyi gün, yəni 30 noyabr 2023-cü il tarixdə avtovağzalda Gədəbəy rayonuna gedən mikroavtobusa minib:

“Təxminən 10-15 dəqiqə sonra Ceyhun da mikroavtobusa əyləşdi. Sonra baş və boyun nahiyəmə bıçaqla xəsarət yetirdi. Saha sonra isə o, mənə əl-ayaq zərbələri ilə vurdu. Daha sonra mikroavtobusun arxa oturacağından tanımadığım şəxslər arxa qapını açıb məni oturacaqların altından dartıb çıxardı. Təxminən 20-25 dəqiqədən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldım. Hadisəni törətdikdən sonra Ceyhun qaçmaq istəyərkən avtovağzalın çıxışında polis tərəfindən saxlanıldı”.
 

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Ceyhun Babalı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs apellyasiya şikayətləri verib.


Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra Günay İsmayılova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Xırdalanda yaşayış binasında YANĞIN

Xırdalanda yaşayış binasında YANĞIN

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? - VİDEO

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

End of content

No more pages to load

RADİO